Ukraynanın "Dinamo" (Kiyev) klubunun futbolçusu Kleyton ötən il Azərbaycan klublarının birindən təklif alıb.
Sportnet.az-ın məlumatına görə, bu barədə braziliyalı hücumçu yerli "Futbol" nəşrinə müsahibəsində deyib.
26 yaşlı forvard bildirib ki, təklif qeyri-ciddi olduğu üçün onu qəbul etməyib: "Azərbaycanla yanaşı, Birləşmiş Ərəb Əmirlikləri, Çin, Yaponiya, Cənubi Koreya və ABŞ-dan çoxlu variant təklif olunmuşdu. Amma hamısı qeyri-ciddi idi. Hələ yüksək səviyyədə futbol oynamaq istəyirəm. Ona görə də "Dinamo"nu seçdim".
Qeyd edək ki, Kleyton Kiyev təmsilçisinə ölkəsinin "Atletiko Mineyro" klubundan keçib.