
Nazirlər Kabineti yanında Operativ Qərargah AFFA-nın futzal üzrə Azərbaycan millisinin Avropa çempionatının seçmə mərhələsinin martda keçiriləcək oyunlarına hazırlaşa bilməsi üçün müraciətini müsbət cavablandırıb.
Azərbaycan Futzal Federasiyasının Mətbuat katibi Mahal Məmmədovun Sportnet.az-a verdiyi məlumata görə, yığmanın məşq etməsi üçün razılıq alınıb.
Qeyd edək ki, Joze Alesio Da Silvanın başçılıq etdiyi komanda seçmə mərhələnin III turunda Moldavanı qəbul edəcək. Martın 4-də Bakı İdman Sarayında keçiriləcək görüş saat 19:00-da başlayacaq.
Yığma iki oyundan sonra 6 xalla 3-cü qrupun lideridir. Qrupda Slovakiya və Yunanıstan komandaları da var.