UEFA Avropa Liqasında 1/16 final mərhələsinin daha 7 oyunu keçirilib.
Sportnet.az-ın məlumatına görə, bununla da bu raundun ilk görüşlərinə yekun vurulub.
"Qarabağ"ın yer aldığı A qrupunun lideri kimi pley-offa vəsiqə qazanmış İspaniya "Vilyarreal"ı Avstriyada "Zaltsburq"la üz-üzə gəlib. La Liqa təmsilçisi Pako Alkaser və Fer Ninyonun qolları ilə səfərdə qələbə qazanıb.
Təl-Əviv "Makkabi"si isə İsraildə Ukraynanın "Şaxtyor" (Donetsk) komandasını sınağa çəkib. Görüş meydan sahiblərinin məğlubiyyəti ilə başa çatıb - 0:2. İtaliya "Napoli"si İspaniyada "Qranada"ya eyni hesabla uduzub.
Portuqaliyanın "Benfika" və İngiltərənin "Arsenal" komandaları arasında İtaliyada baş tutan matçda isə qalib müəyyənləşməyib - 1:1.
---------------------------------
UEFA Avropa Liqasında 1/16 final mərhələsinin daha 8 oyunu keçirilib..
Sportnet.az-ın
Açılış matçı Ukraynanın paytaxtı Kiyevdə "Dinamo" ilə Belçika "Brügge"si arasında keçirilib. Görüş 1:1 hesablı heç-heçə ilə yekunlaşıb.
İngiltərənin "Mançester Yunayted" klubu pandemiya səbəbindən İtaliyada keçirilən səfər matçda İspaniya "Real Sosyedad"ını 4 cavabsız qolla məğlub edib. "Tottenhem" isə Macarıstanın paytaxtı Budapeştdə Avstriya "Volfsberq"inin qapısından eyni sayda top keçirib.
İtaliya təmsilçilərindən "Roma" Portuqaliyada "Braqa"nı 2:1 hesabı ilə məğlub edib. "Milan" isə Serbiyada "Srvena Zvezda" ilə görüşdə qələbəni son dəqiqələrdə əldən verib - 2:2.
Günün maraqlı oyunlarında biri də İsveçrədə baş tutub. Almaniya "Bayer"ini qəbul edən "Yanq Boyz" dramatik görüşdə 4:3 hesablı qələbə qazanıb.
--------------------------
UEFA Avropa Liqasında 1/16 final mərhələsinə start verilib.
Sportnet.az-ın məlumatına görə, açılış oyunu Ukraynanın paytaxtı Kiyevdə "Dinamo" ilə Belçika "Brügge"si arasında keçirilib. Görüş 1:1 hesablı heç-heçə ilə yekunlaşıb.
Hesabı 62-ci dəqiqədə meydan sahiblərindən Mixail Buyalski açıb. Bundan 5 dəqiqə sonra Brendon Mexele bərabərlik qolunu vurub. Cavab görüşü fevralın 25-də keçiriləcək.
Qeyd edək ki, 1/16 final mərhələsinin daha 8 oyunu Bakı vaxtı ilə saat 21:55-də, 7 qarşılaşması isə gecəyarısı başlanacaq.
--------------------------
Bu gün UEFA Avropa Liqasında 1/16 final mərhələsinin oyunlarına start veriləcək.
Sportnet.az-ın məlumatına görə, eyni gündə keçiriləcək qarşılaşmalar Bakı vaxtı ilə saat 21:55 və 24:00-da başlayacaq.
"Qarabağ"ın yer aldığı A qrupunun lideri kimi pley-offa vəsiqə qazanmış İspaniya "Vilyarreal"ı bu raundun ilk görüşünü səfərdə keçirəcək. Unay Emerinin başçılıq etdiyi kollektiv Avstriyada "Zaltsburq"la üz-üzə gələcək. Təl-Əviv "Makkabi"si isə İsraildə Ukraynanın "Şaxtyor" (Donetsk) komandasını sınağa çəkəcək.
Gecənin digər maraqlı oyunlarında İngiltərənin "Mançester Yunayted" və "Arsenal" klubları səfərdə müvafiq olaraq İspaniyanın "Real Sosyedad" və Portuqaliyanın "Benfika" kollektivləri ilə qarşılaşacaq. Pandemiya səbəbindən hər iki görüş İtaliyada oynanılacaq.
Bundan başqa, İtaliya "Milan"ı Serbiyada "Srvena Zvezda", Niderland "Ayaks"ı isə Fransada "Lill"lə qarşılaşacaq.
Avropa Liqası
1/16 final mərhələsi
İlk oyunlar
21:55. “Dinamo” (Kiyev, Ukrayna) - “Brügge” (Belçika) - 1:1
Qollar: Mixail Buyalski, 62 - Brendon Mexele, 67
21:55. “Olimpiakos (Yunanıstan) - PSV (Niderland) - 4:2
Qollar: Andreas Buxalakis, 9, Yann M Vila, 37, Yussef el-Arabi, 45+2, Giorqos Masuras, 83 - Eran Zahavi, 14, 40
21:55. “Yanq Boyz” (İsveçrə) - “Bayer” (Almaniya) - 4:3
Qollar: Kristian Fassnaxt, 3, Teozon Sibaço, 19, 89, Meşak Elia, 44, - Patrik Şik, 49, 52, Mussa Diabi, 68
21:55. “Krasnodar” (Rusiya) - “Dinamo” (Zaqreb, Xorvatiya) - 2:3
Qollar: Markus Berq, 28, Viktor Klaesson, 69 - Bruno Petkoviç, 15, 54, İyayyi Atimven, 75
21:55. “Braqa” (Portuqaliya) - “Roma” (İtaliya) - 0:2
Qollar: Edin Ceko, 5, Borxa Mayoral, 86
Qırmızı vərəqə: Rikardu Eşqayu, 54 ("Braqa)
21:55. “Slaviya” (Çexiya) - “Lester” (İngiltərə) - 0:0
21:55. “Srvena Zvezda” (Serbiya) - “Milan” (İtaliya) - 2:2
Qollar: Gelor Kanqa, 52 (penalti), Milan Pavkov, 90+3 - Radovan Pankov, 42 (avtoqol), Teo Ernandes, 61
Qırmızı vərəqə: Milan Rodiç ("Srvena Zvezda"), 77
21:55. “Real Sosyedad” (İspaniya) - “Mançester Yunayted” (İngiltərə) - 0:4
Qollar: Brunu Fernandeş, 27, 57, Markus Reşford, 65, Deniel Ceyms, 90
21:55. “Volfsberq” (Avstriya) - “Tottenhem” (İngiltərə) - 1:4
Qollar: Mixael Lindl, 55 (penalti) - Son Xın Min, 13, Qaret Beyl, 28, Lukas Moura, 34, Karluş Vinisius, 88
00:00. “Lill” (Fransa) - “Ayaks” (Niderland) - 1:2
Qollar: Timoti Vea, 72 - Duşan Tadiç, 87 (penalti), Brayan Brobbi, 89
00:00. “Makkabi” (Təl-Əviv, İsrail) - “Şaxtyor (Donetsk, Ukrayna) - 0:2
Qollar: Alan Patrik, 31, Tete, 90+3
00:00. “Qranada” (İspaniya) - “Napoli” (İtaliya) - 2:0
Qollar: Yanhel Errera, 19, Kenedi, 21
00:00. “Molde” (Norveç) - “Hoffenhaym” (Almaniya) - 3:3
Qollar: Martin Ellinqsen, 41, Eyrik Ulland Andersen, 70, David Fofana, 74 - Munas Dabbur, 8, 28, Kristof Baumqartner, 45+3
00:00. “Zaltsburq” (Avstriya) - “Vilyarreal” (İspaniya) - 0:2
Qollar: Pako Alkaser, 41, Fer Ninyo, 71
00:00. “Antverpen” (Beçlika) - “Reyncers” (Şotlandiya) - 3:4
Qollar: Felipe Avenatti, 45, Lior Rafaelov, 45+8 (penalti), Martin Honqla, 67 - Co Aribo, 42, Borna Barişiç, 59, 90 (hər ikisi penalti), Rayan Kent, 83
Qırmızı vərəqə: Abdulaye Sek ("Antverpen"), 88
00:00. “Benfika” (Portuqaliya) - “Arsenal” (İngiltərə) - 1:1
Qollar: Pitsi, 55 (penalti) - Bukayo Saka, 57
Qeyd edək ki, 1/16 final mərhələsinin cavab oyunları 24 - 25 fevralda gerçəkləşəcək.