
Zaqatalanın "Simurq" klubu Türkiyənin Antalya bölgəsinə təlim-məşq toplanışına yollanıb. Sportnet.az-ın məlumatına görə, toplanışa 23 futbolçu aparılıb.
Onların arasında yeni transfer Elnur Abdullayev də var. Əvəzində mövsümün ilk yarısı üçün Peşəkar Futbol Liqasına təqdim olunan heyətdən 2 oyunçu hazırlıqda iştirak etməyəcək. Bunlar Məhərrəm Hüseynov və qış fasiləsinədək komandadan göndəriən Lukas Tresnyakdır.
"Simurq"un Antalyaya yollanan heyəti:
Qapıçılar: Pavel Kapsa, Amil Ağacanov, Rəşad Əzizli.
Müdafiəçilər: İlkin Qırtımov, Kənan Müslümov, İdan Vaytsman, Adam Banaş, Rüstəm Məmmədov, Tural Axundov, Əli Gökdəmir.
Yarımmüdafiəçilər: Samir Zərgərov, Murad Səttarlı, Patrik Osiako, Benjamin Lambot, Stepan Polyak, Marko Stanoyeviç, Elnur Abdullayev, Vadim Abdullayev, Vüqar Mustafayev, Nicat Muxtarov.
Hücumçular: Draqan Çeran, Rəşad Eyyubov, Orcu Balaşlı.
"Sirena Belek" otelində məskunlaşan "Simurq" gündə iki dəfə məşq edəcək. Futbolçular ilk bir həftə ərzində fiziki ağırlıqlı çalışmaları yerinə yetirəcək. Daha sonra isə taktiki və texniki hazırlıqlara start veriləcək. Bu hissədə baş məşqçi Georgi Çixradze komandasını yoxlama görüşlərində sınaqdan keçirəcək.














































































