Fransanın "Marsel" komandasının baş məşqçi postuna Xorxe Sampaoli təyin olunub.
Sportnet.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, 60 yaşlı mütəxəssislə müqavilə 2023-cü ilin yayınadək bağlanılıb. Çilidən olan mütəxəssis yeni vəzifədə Andre Villaş-Boaşı əvəzləyib.
Sampaoli Braziliya "Atletiko Mineyro"sunda son oyununu fevralın 26-da keçirib. Villaş-Boaş isə "Marsel"i bir neçə həftə öncə tərk edib. Bu komanda Fransa Liqa 1-də 25 oyundan sonra 7-ci pillədə gedir.