Futzal üzrə Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsində növbəti oyununu keçirib.
Sportnet.az-ın məlumatına görə, 3-cü qrupda mübarizə aparan Joze Alesionun başçılıq etdiyi kollektiv evdə Moldova yığması ilə qarşılaşıb və rəqibini 5:1 hesabı ilə məğlub edib.
Görüşdə hesabı 7-ci dəqiqədə Fineo De Araujo açıb. 14-cü dəqiqədə Rizvan Fərzəliyev 2-ci topu qonaqların qapısından keçirib. Cəmi 1 dəqiqə sonra Hadi Ahmadi fərqi daha da artırıb. İlk hissə bu hesabla başa çatıb. İkinci hissəyə fəal başlayan moldovalılar 26-cı dəqiqədə Sergey Takotun qolu ilə buraxılan toplardan birinin əvəzini çıxıb. Amma rəqibin sevinci cəmi 1 dəqiqə çəkib. Tyaqo Bolinya 27-ci dəqiqədə 4-cü dəfə qonaqları cəzalandırıb. Görüşdə son nöqtəni isə 40-cı dəqiqədə Bolinya qoyub.
Qrupdakı 3-cü oyununda da qələbə qazanan Azərbaycan millisi xallarını 9-a çatdıraraq liderliyini möhkəmlədib. Moldova isə 4 xalla 2-ci pillədə qalıb.
Qeyd edək ki, qrupun digər oyununda Slovakiya Yunanıstanı qəbul edir.
-----------------------------
Futzal üzrə Azərbaycan millisi bu gün Avropa çempionatının seçmə mərhələsində növbəti oyununu keçirəcək.
Sportnet.az-ın məlumatına görə, 3-cü qrupda mübarizə aparan Joze Alesionun başçılıq etdiyi kollektiv evdə Moldova yığması ilə qarşılaşacaq. Bakı İdman Sarayındakı görüş saat 19:00-da start götürəcək.
Matçı İtaliyadan olan Culio Kolombin idarə edəcək. Ona San Marinodan Daniele Dadamo köməklik göstərəcək.
Avropa çempionatı
Seçmə mərhələ, 3-cü tur
19:00. Azərbaycan - Moldova - 5:1
Qollar: Fineo De Araujo, 7, Rizvan Fərzəliyev, 14, Hadi Ahmadi, 15, Tyaqo Bolinya, 27, 40 - Sergey Takot, 26
Hakimlər: Culio Kolombin, Daniele Dadamo
Bakı İdman Sarayı.
Qeyd edək ki, qrupdakı ilk iki oyunda maksimum nəticə qazanan Azərbaycan millisi 6 xalla liderdir. Moldova isə 4 xalla 2-cidir. Qrupun digər görüşündə Slovakiya Yunanıstanı qəbul edəcək.