
Azərbaycan 1-ci divizionunda 16-cı tura start verilib.
Sportnet.az xəbər verir ki, ilk oyun günündə üç qarşılaşma keçirilib.
“Zaqatala” 10 nəfərlə qalmasına baxmayaraq, “Sumqayıt-2” üzərində inamlı qələbə qazanaraq liderliyə yüksəlib. MOİK – “Keşlə-2” matçında 6 qol vurulsa da, qalib müəyyənləşməib. “Kəpəz” isə səfərdə “Qarabağ-2” ilə heç-heçə edib.
5 mart
Birinci divizion, 16-cı tur
MOİK – "Keşlə-2" - 3:3
Qollar: Xəyal Bədirov, 37. Hüseyn Hüseynli, 40. Emin Mehtiyev, 41 – Bahadur Həziyev, 25. Xəzər Məhmudov, 75; 90+3.
Hakimlər: Tural Qurbanov, Zöhrab Abbasov, Rəhman İmami, Rauf Allahverdiyev
Binə qəsəbə stadionu
"Zaqatala" – "Sumqayıt-2" - 2:0
Qollar: Xəlil Bəşirov, 69; Əsədulla Heydərov, 89
Hakimlər: Rəşad Əhmədov, Müslüm Əliyev, Taleh Məmmədov, Vüqar Həsənli
Zaqatala Olimpiya İdman Kompleksinin stadionu
"Qarabağ-2" – "Kəpəz" - 1:1
Qollar: Sultan Mustafayev, 74 – Emil Qasımov, 54.
Hakimlər: Namiq Bəkirov, Namiq Hüseynov, Ruslan Quliyev, Rövşən Rəcəbov
Bakı Olimpiya Stadionu (ehtiyat meydança)