
AZAL klubunun əvəzedicilərdən ibarət komandasında baş məşqçi dəyişikliyi baş verib. Sportnet.az-ın məlumatına görə, Mehman Babayevlə yolları ayıran rəhbərlik boş qalmış postu Elnur Zeynalova həvalə edib.
Buna qədər AZAL-ın U-19 komandasını çalışdırmış Zeynalov artıq bu gün əvəzediciləri məşqə də çıxarıb.




































































