İspaniya Kubokunun qalibi müəyyənləşib.
Sportnet.az xəbər verir ki, Sevilya şəhərinin Olimpiya stadionunda keçirilmiş final oyununda “Real Sosyedad” və “Atletik” komandaları üz-üzə gəlib.
Görüş "Real Sosyedad"ın qələbəsi ilə yekunlaşıb - 1:0. Yeganə qolu 63-cü dəqiqədə 11 metrlik cərimə zərbəsindən Mikel Oyarsabal vurub.
Bununla da “Real Sosyedad” tarixində üçüncü dəfə İspaniya Kubokunu qazanıb. Əvvəllər bu klub 1909 və 1987-ci illərdə ölkə kubokuna yiyələnib.
Qeyd edək ki, İspaniya Kuboku uğrunda final görüşü koronavirus pandemiyası səbəbindən təxirə salınıb. Görüş 2020-ci il aprelin 18-də keçirilməli idi.