
Bu gün "Sumqayıt"la keçirəcəyi Azərbaycan Premyer Liqasının XXI tur matçından əvvəl "Neftçi" klubunda sağlamlıq durumu açıqlanıb.
Sportnet.az xəbər verir ki, komandanın baş həkimi Şaiq Zöhrablı zədəli və ciddi müalicəyə ehtiyacı olan futbolçularının olmadığını bildirib. Onun sözlərinə görə, Fəhmin Muradbətli komandaya tam qoşulub, Əhməd Əhmədov iki gündür kollektiv məşqlərə başlayıb.
Zöhrablı komandada yoluxma halının müşahidə olunmadığını da diqqətə çatdırıb: "Bütün komanda üzvlərindən test nümunələri götürülüb və hamısı neqativ çıxıb. Müalicədə olan futbolçumuz yoxdur".
Qeyd edək ki, "Bakcell Arena"da keçiriləcək "Neftçi" - "Sumqayıt" oyunu saat 16:30-da başlanacaq.