
Fransa PSJ-sinin futbolçusu Neymar İspaniyanın "Barselona" komandasına qayıda bilər.
Sportnet.az-ın "Ara" nəşrinə istinadən məlumatına görə, braziliyalı hücumçu öz klubu ilə yeni müqavilə danışıqlarını dayandırıb. O, Lionel Messinin Kataloniya komandasına qalacağına ümid etdiyi üçün bu addımı atıb.
"Sambaçı"nın "Barsa" rəhbərliyini qayıdış istəyindən məlumatlandırdığı da bildirilir. Daha əvvəl o, 2013 - 2017-ci illərdə Kataloniya komandasının formasını geyinib və 186 oyuna 105 qol vurub.
Bu mövsüm isə Neymar Fransa çempionatında 13 görüşdə 6 dəfə fərqlənib. Çempionlar Liqasında isə o, 5 qarşılaşmada 6 qola imza atıb.
Qeyd edək ki, Neymar Fransa Liqa 1-də XXXI turun "Lill"ə 0:1 hesabı ilə uduzduqları görüşün 90-cı dəqiqəsində qırmızı vərəqə alıb.