İspaniya "Qranada"sı ilə İngiltərənin "Mançester Yunayted" klubu arasında UEFA Avropa Liqasının 1/4 final mərhələsinin ilk oyunu zamanı maraqlı hadisə baş verib.
"Report"un məlumatına görə, görüşün ilk hissəsində meydana çılpaq azarkeş daxil olub.
Bu səbəbdən oyun bir neçə dəqiqə dayanıb. Polislər naməlum şəxsi meydandan çıxardıqdan sonra qarşılaşma qaldığı yerdən davam etdirilib.
Qeyd edək ki, azarkeşsiz keçirilən matçın ilk hissəsindən sonra "Mançester Yunayted" hesabda öndədir - 1:0 Yeganə qolu 31-ci dəqiqədə Markus Reşford vurub.