"Neftçi"nin baş məşqçisi Samir Abasov futbolçu Yusuf Lavalın məşqçilər korpusu ilə insident yaşaması iddiasına münasibət bildiirb.
Sportnet.az xəbər verir ki, 43 yaşlı mütəxəssis Premyer Liqanın XXII turunda səfərdə "Qəbələ" ilə 2:2 hesablı heç-heçə etdikləri oyundan sonra yazılan xəbərlərin həqiqəti əks etdirmədiyini söyləyib.
Abasov afrikalı oyunçu ilə problemlərinin olmadığını sözlərinə əlavə edib: "Bu, gülünc şeydir. Nələrsə, yazmalıdırlar ki, kimlərsə, oxusun. Həqiqətən gülməlidir. Deyirəm ki, elə şey yazanları aktyor, rejissor edək, jurnalist, yox. Olmayan şeyi yazıb ictimaiyyətə təqdim edirlər. Yazan sağ olsun, bizi bir az şənləndirdi".