
Futzal üzrə Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsində son oyununu keçirib.
Sportnet.az-ın məlumatına görə, 3-cü qrupda mübarizə aparan Joze Alesio Da Silvanın baş məşqçi olduğu kollektiv evdə Yunanıstanla qarşılaşıb. Bakı İdman Sarayındakı görüş yığmanın 4:0 hesablı qələbəsi ilə başa çatıb.
Matçda ilk qolu 3-cü dəqiqədə Fineo De Araujo vurub. 14-cü dəqiqədə qonaqların oyunçusu Qousis Panagiotis topu öz qapısından keçirib. 2 dəqiqə sonra İsa Atayev fərqi 3 topa çatdırıb. Görüşdə son nöqtəni isə 25-ci dəqiqədə Ramiz Çovdarov qoyub.
Bu qələbədən sonra xallarını 16-ya çatdıran Azərbaycan millisi seçmə mərhələni qrup lideri kimi başa vurub. Yunanıstan yığması isə 1 xalla sonuncu olub.
------------------------------
Futzal üzrə Azərbaycan millisi bu gün Avropa çempionatının seçmə mərhələsində son oyununu keçirəcək.
Sportnet.az-ın məlumatına görə, 3-cü qrupda mübarizə aparan Joze Alesio Da Silvanın baş məşqçi olduğu kollektiv evdə Yunanıstan yığması ilə qarşılaşacaq. Bakı İdman Sarayındakı görüş saat 19:00-da başlayacaq.
Milli komanda beş oyundan sonra 13 xalla qrup liderliyini və final mərhələsinə vəsiqəni təmin etdiyindən, görüş formal xarakter daşıyacaq. Qonaqlar isə cəmi 1 xalla sonuncu pillədə qərarlaşıblar.
Azərbaycan millisinin heyətində zədəli Tyaqo Bolinya və Hadı Əhmədinin meydana çıxıb-çıxmayacağı bilinmir.
Avropa çempionatının seçmə mərhələsi
3-cü qrup
19:00. Azərbaycan - Yunanıstan - 4:0
Qollar: Fineo De Araujo, 3, Qousis Panagiotis, 14 (öz qapısına), İsa Atayev, 16, Ramiz Çovdarov, 25
Hakimlər: Yaroslav Vovçuk, Yevgeni Qordiyenko (hər ikisi Ukrayna)
Bakı İdman Sarayı
Azərbaycan: 1. Emin Kürdov, 6. Eduardo Borges, 8. Rizvan Fərzəliyev (k), 13. Qalo, 16. Fineo De Araujo
Ehtiyat oyunçular: 12. Rövşən Hüseynli, 19. Cavad Məmmədov, 3. Bolinya, 5. Əmir Şocaei, 11. Xətai Bağırov, 17. İsa Atayev, 7. Ramiz Çovdarov, 14. Hadı Əhmədi, 20. Tofiq Mikayılov
Baş məşqçi: Joze Alesio Da Silva
Yunanıstan: 12. Dimitris Zervas, 2. Spiridon Kondilatos, 3. Dimitrios Karavidas, 4. Qousis Panagiotis, 16. Marios Ntatis
Ehtiyat oyunçular: 1. Theofilo Dimitrios, 5. Floros Axilleas, 6. Çaralampos Stavrakopulos, 7. Andreas Tarnanidis, 8. Papakostas Spiridon, 9. Yoannis Delaportas, 11. Apostolos Gkaifillias, 10. Spiridon Papadopoulos, 15. Dimitrios Karidas
Baş məşqçi: Giannis Ziavas
Qeyd edək ki, 3-cü qrupun digər matçında ötən gün səfərdə Moldovanı 4:0 hesabı ilə məğlub edən Slovakiya yığması 11 xalla 2-ci yerin sahibi kimi final mərhələsinə adlayıb.