Azərbaycan Premyer Liqasında XXIII turunda üz-üzə gələcək "Neftçi" və “Zirə” komandaları Pemyer Liqada 22-ci dəfə görüşəcəklər.
Sportnet.az qəsəbə təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, cari mövsümün üç oyununda rəqibinə uduzmayan “qartallar” əvvəlki 21 matçda üstünlüyə malikdir.
Aktivində 11 qələbə olan “Zirə” 6 dəfə bir xalla kifayətlənib. “Qartallar” bu görüşlərdən yalnız 4-də məğlub olub. Top fərqi də qəsəbə komandasının xeyrinədir – 23:18.
“Zirə” “Neftçi” ilə səfər görüşlərində də üstünlüyə malikdir. Rəqib meydanındakı 10 oyunda 3 qələbəsi olan komanda 5 heç-heçə edib və 2 matçdan xalsız dönüb. Topların nisbətində isə meydan sahibləri öndədir – 13:11.
Qeyd edək ki, aprelin 17-də "Bakcell Arena"da keçiriləcək “Neftçi” - “Zirə” oyunu saat 20:15-də başlayacaq.