
Yaponiyanın Azərbaycandakı səfirliyinin nümayəndələri "Bakcell Arena"da keçirilən Azərbaycan Premyer Liqasının XXIII turunun "Neftçi" - "Zirə" matçını izləyirlər.
Sportnet.az-ın məlumatına görə, səfirliyin üç əməkdaşı flaqmanın yarımmüdafiəçisi Keysuke Hondanın oyununa baxmaq üçün qonaq qismində stadiona gəliblər.
Qeyd edək ki, hazırda görüşdə ikinci hissə oynanılır və hesab "ağ-qaralar"ın xeyrinədir - 1:0.