Məşhur bloqer, jurnalist, televiziya aparıcısı və şərhçi Vasili Utkin koronavirusa yoluxub. Sportnet.az-ın məlumatına görə, bu barədə Utkin şəxsi tvitter səhifəsində yazıb.
"Cənablar, mən müqəddəm Kovidiya klubuna daxil oldum. Xəstəlik azad söz kimi simptomsuz gəlir" deyə 49 yaşlı şərhçi vurğulayıb.
Qeyd edək ki, əvvəllər "Futbol klubu" verilişinin aparıcısı olmuş Vasili Utkin hazırda həvəskarlardan ibarət "Eqrisi" futbol klubunun sahibidir.