"Mən şovinist olmaq istəmirəm, amma bura gələnlərdən hansı biri yunanıstanlı referilərdən yaxşı olub?"
Sportnet.az-ın məlumatına görə, bunu Yunanıstanın "Panatinaikos" klubunun baş məşqçisi Laslo Boloni deyib. 68 yaşlı mütəxəssis bildirib ki, Ədalət təmsilçiləri Yunanıstana İtaliya, Fransa və ya İngiltərədən yox, pis futbola malik ölkələrdən gəlirlər: "Yunanıstanın bir neçə çox yaxşı yerli baş hakimi olub. Bəs indi yunanıstanlı referilər onları Latviya, Estoniya, Azərbaycandan olan baş hakimlərin əvəzlədiyini gördükdə, özlərini necə hiss edirlər? Tezliklə hakimlər Monqolustandan gələcəklər".
Rumıniyalı baş məşqçi son 2 oyunda hakimlər üzündən 4 xal itirdiklərini söyləyib: "Ən yaxşısı, hakimlərə ödədikləri pulları mənə versinlər. Mən də Rumıniyadakı uşaq evinə yönləndirim".
Qeyd edək ki, Yunanıstan Super Liqasının Çempionlar Qrupunun II turunun "Panatinaikos" - PAOK görüşünü azərbaycanlı FIFA referisi Əliyar Ağayev idarə edib. Aprelin 4-də keçirilmiş görüş "Panatinaikos"un 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.