UEFA Çempionlar Liqasında yarımfinal mərhələsinin ilk oyunlarından sonra həftənin ən yaxşı futbolçusu açıqlanıb.
Sportnet.az-ın məlumatına görə, bu ada İngiltərənin "Çelsi" klubunun yarımmüdafiəçisi N Qolo Kante layiq görülüb.
30 yaşlı fransalı oyunçunun İspaniyada "Real Madrid"lə 1:1 hesablı heç-heçə etdikləri matçda ötürmələrinin 86 faizi dəqiq alınıb.