Azərbaycan millisinin və Ukraynanın "Minay" klubunun futbolçusu Anatoli Nuriyev zədələnib.
Sportnet.az-ın məlumatına görə, bu barədə 25 yaşlı hücumçunun özü "footboom" nəşrinə açıqlamasında deyib.
O, cari mövsümdə meydana çıxa bilməyəcəyini bildirib.
Qeyd edək ki, Ukrayna Premyer Liqasının başa çatmağına 3 tur qalıb. Nuriyev bu mövsüm 10 qol vurub.