
2021/22 mövsümü üçün transfer çalışmalarını davam etdirən “Sumqayıt” Yusif Nəbiyevin ardınca daha bir futbolçunu heyətinə cəlb edib.
Sportnet.az klubun rəsmi saytına istinadən xəbər verir ki, "gənclik şəhəri" təmsilçisi son mövsümü “Keşlə”də keçirmiş Xəzər Mahmudovla 2 illik müqavilə imzalayıb.
20 yaşlı hücumçu yeni komandasında 19 nömrəli formada çıxış edəcək.