Azərbaycan millisinin futbolçusu Mahir Emreli Polşa "Legiya"sının heyətində ilk oyununa çıxıb.
Sportnet.az-ın məlumatına görə, 24 yaşlı hücumçu Avstriya Regional Liqasında çıxış edən "Bişofshofen"i ilə yoxlama matçının start heyətində yer alıb. O, ilk yarıda 3:0 hesabı ilə qalib gələn Varşava komandasının hər üç qolunun müəllifi olub. Emreli 6-cı, 22-ci və 36-cı dəqiqələrdə fərqlənib.
O, 60-cı dəqiqədə əvəzlənib.
Görüş isə "Legiya"nın böyük hüsablı qələbəsi ilə yekunlaşıb.
Yoxlama oyunu
21:00. "Bişofshofen" (Avstriya) - "Legiya" (Polşa) - 0:5
Qollar: Mahir Emreli, 6; 22; 36. Kasper Skibitski, 47. Lukinyas, 90