
"Zirə" klubundan ayrılan futbolçu Şəhriyar Rəhimovun yeni klubu bəlli olub.
Sportnet.az-ın məlumatına görə, 32 yaşlı yarımmüdafiəçi karyerasını "Səbail"də davam etdirəcək.
"Dənizçilər" Rəhimovla 1 illik müqavilə imzalayacaq. "Səbail" qapıçısı Nikolas Hagenlə də anlaşmağa çox yaxındır. Hazırda ölkəsində olan qvatemalalı qapıçı hansısa problem çıxmayacağı təqdirdə, 2021/2022 mövsümündə də paytaxt klubunun formasını geyinəcək.
Qeyd edək ki, Şəhriyar Rəhimov 2018 - 2020-ci illərdə də "Səbail"in formasını geyinib. Nikolas Hagen isə 2020-ci ilin sentyabrında Azərbaycan təmsilçisinə keçib.