Belarusun "Dinamo" (Brest) klubu Çexiyanın "Viktoriya" (Plzen) komandasına qarşı UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin ev oyununu Gürcüstanda keçirəcək.
Sportnet.az Brest təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, iyulun 28-nə nəzərdə tutulan qarşılaşma Batumi şəhərində oynanılacaq.
Buna səbəb UEFA-nın Belarusda öz bayrağı altında oyunların təşkilinə qoyduğu qadağadır.
Qeyd edək ki, komandalar arasında ilk görüş iyulun 22-də Plzen baş tutacaq.