Futbol üzrə Avropa çempionatında 1/8 final mərhələsinin növbəti oyunu keçirilib.
Sportnet.az-ın məlumatına görə, günün ikinci matçında Belçika və Portuqaliya yığmaları üz-üzə gəlib.
İspaniyanın Sevilya şəhərində "Estadio La Cartuja" stadionunda oynanılmış görüş Belçikanın 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. 42-ci dəqiqədə Torqan Azar baxımlı qolla komandasına qələbə qazandırıb.
Roberto Martinesin baş məşqçi olduğu kollektiv 1/4 finalda İtaliya ilə üz-üzə gələcək. Qarşılaşma iyulun 2-də Almaniyanın Münhen şəhərindəki eyniadlı stadionda olacaq. Son çempion Portuqaliya isə AVRO-2020 ilə vidalaşıb.
Qeyd edək ki, günün ilk oyununda Çexiya Niderlandı 2:0 hesabı ilə üstələyərək növbəti raundda Danimarkaya rəqib olub. Çexiya - Danimarka matçı iyulun 3-də Bakı Olimpiya Stadionunda keçiriləcək.
--------------------------------------------
Futbol üzrə Avropa çempionatında 1/8 final mərhələsinin növbəti oyunu keçirilib.
Sportnet.az-ın məlumatına görə, ikinci oyun gününün lk matçında Niderland və Çexiya yığmaları üz-üzə gəlib. Macarıstanın paytaxtı Budapeştdəki "Puşkaş Arena"da oynanılmış görüş Çexiyanın qələbəsi ilə yekunlaşıb - 2:0. Qolları Tomaş Holeş 68-ci və Patrik Şik 80-ci dəqiqədə vurub.
Beləliklə, iyulun 3-də Bakı Olimpiya Stadionunda keçiriləcək 1/4 final matçında Bakıda Danimarka və Çexiya yığmaları qarşılaşacaq.
Qeyd edək ki, günün son oyununda Belçika və Portuqaliya milli komandaları üz-üzə gələcək. İspaniyanın Sevilya şəhərində "Estadio La Cartuja" stadionunda oynanılacaq görüş Bakı vaxtı ilə saat 23:00-da start götürəcək. Baş hakim almaniyalı Feliks Brix olacaq. Mərhələni keçən kollektiv 1/4 finalda İtaliya ilə görüşəcək.
27 iyun
Avropa çempionatı
1/8 final mərhələsi
20:00. Niderland - Çexiya - 0:2
Qol: Tomaş Holeş, 68. Patrik Şok, 80
Baş hakim: Sergey Karasev (Rusiya)
Budapeşt. "Puşkaş Arena"
23:00. Beçika - Portuqaliya - 1:0
Qol: Torqan Azar, 42
Baş hakim: Feliks Brix (Almaniya)
Sevilya. "Estadio La Cartuja"
Qeyd edək ki, Bakıdakı 1/4 final oyunu iyulun 3-də keçiriləcək. AVRO-2020 iyulun 11-də başa çatacaq. Danimarka 1/8 finalda Uelsi darmadağın edib - 4:0.
-------------
Bu gün futbol üzrə Avropa çempionatında 1/8 final mərhələsinin növbəti oyunları keçiriləcək.
Sportnet.az-ın məlumatına görə, ikinci oyun günündə də 2 qarşılaşma gerçəkləşəcək.
Günün ilk matçı Niderland və Çexiya yığmaları arasında olacaq. Macarıstanın paytaxtı Budapeştdəki "Puşkaş Arena"da oynanılacaq görüş Bakı vaxtı ilə saat 20:00-da başlayacaq. Oyunu rusiyalı FIFA referisi Sergey Karasyov idarə edəcək. Bu cütün qalibi 1/4 final matçını Bakıda Danimarkaya qarşı keçirəcək.
Günün son oyununda Belçika və Portuqaliya milli komandaları üz-üzə gələcək. İspaniyanın Sevilya şəhərində "Estadio La Cartuja" stadionunda oynanılacaq görüş Bakı vaxtı ilə saat 23:00-da start götürəcək. Baş hakim almaniyalı Feliks Brix olacaq. Mərhələni keçən kollektiv 1/4 finalda İtaliya ilə görüşəcək.
27 iyun
Avropa çempionatı
1/8 final mərhələsi
20:00. Niderland - Çexiya - 0:2 (İKİNCİ HİSSƏ)
Qol: Tomaş Holeş, 68. Patrik Şok, 80
Baş hakim: Sergey Karasev (Rusiya)
Budapeşt. "Puşkaş Arena"
23:00. Beçika - Portuqaliya
Baş hakim: Feliks Brix (Almaniya)
Sevilya. "Estadio La Cartuja"
Qeyd edək ki, Bakıdakı 1/4 final oyunu iyulun 3-də keçiriləcək. AVRO-2020 iyulun 11-də başa çatacaq. Danimarka 1/8 finalda Uelsi darmadağın edib - 4:0.