Avropa çempionatının 1/4 final mərhələsinin Bakıda keçiriləcək Çexiya - Danimarka oyunu üçün indiyədək satılan biletlərin sayı açıqlanıb.
Sportnet.az xəbər verir ki, bu barədə "Report"a AFFA-nın Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Firuz Abdulla məlumat verib.
O bildirib ki, qarşılaşma üçün 21 000 bilet satılıb və satış davam edir.
Qeyd edək ki, iyulun 3-də Bakı Olimpiya Stadionunda (BOS) keçiriləcək Çexiya - Danimarka oyunu saat 20:00-da başlayacaq. BOS-da daha əvvəl A qrupunun 3 oyunu da baş tutub.