Avstriyada təlim-məşq toplanışında olan "Qarabağ" komandası növbəti yoxlama matçı keçirib.
Sportnet.az-ın məlumatına görə, rəqib Rusiyanın "Arsenal" (Tula) klubu olub. Kirxdorf şəhərində təşkil olunmuş qarşılaşma qonşu ölkə komandasının qələbəsi ilə yekunlaşıb. Yeganə topu 20-ci dəqiqədə Yevgeni Markov vurub.
Yoxlama oyunu
11 iyul
19:00. "Qarabağ" (Azərbaycan) - "Arsenal" (Tula, Rusiya) - 0:1
Qol: Yevgeni Markov, 20
"Qarabağ"ın start heyəti: 1. Şahruddin Məhəmmədəliyev, 2. Qara Qarayev, 5. Maksim Medvedev, 6. Patrik Andrade, 11. Xayme Romero, 19. Filip Ozobiç, 77. Ramil Şeydayev, 22. Musa Qurbanlı, 30. Abbas Hüseynov, 27. Toral Bayramov, 81. Kevin Medina
Kirxdorf (Avstriya)
Qeyd edək ki, "Qarabağ" Avstriyadakı ilk yoxlama oyununda Bolqarıstanın MOİK (Sofiya) komandasını məğlubiyyətə uğradıb - 1:0.