Azərbaycan Premyer Liqasında çıxış edən "Səbail" bütün əcnəbi futbolçuları ilə vidalaşıb.
Sportnet.az klubun rəsmi saytına istinadən xəbər verir ki, "dənizçilər" son olaraq Cənubi Afrika Respublikasından olan yarımmüdafiəçi Hendrik Ekşteynlə əməkdaşlığa son qoyub.
30 yaşlı oyunçunun başa çatan müqaviləsi yenilənməyib.