“Qəbələ” yeni mövsümün hazırlıqlarının birinci mərhələsini başa vurub.
Sportnet.az xəbər verir ki, “qırmızı-qaralar” iyulun 5-də start götürən Qəbələ təlim-məşq toplanışını yekunlaşdırıb.
Qəbələ şəhər stadionunda baş tutan səhər məşqindən sonra komanda üzvləri Bakıya yollanıb. Elmar Baxşıyevin baş məşqçi olduğu kollektiv iyulun 21-nə qədər paytaxtda hazırlıq keçəcək. Toplanış müddətində iki yoxlama oyunu baş tutacaq.
Komanda bu gün “Zirə” ilə görüşdə qüvvəsini sınayacaq. Zirə Olimpiya Kompleksində keçiriləcək matç saat 19:00-da başlayacaq. “Qəbələ” ikinci yoxlama oyununda iyulun 21-də “Səbail”lə qarşılaşacaq.