Yunanıstanın "Olimpiakos" klubu UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində "Neftçi" ilə keçirəcəyi oyunlar üçün iştirak ərizəsini UEFA-ya təqdim edib.
Sportnet.az-ın məlumatına görə, siyahıda 24 futbolçu yer alıb. Onların 3-ü qapıçı, 7-si müdafiəçi, 8-i yarımmüdafiəçi, 6-sı isə hücumçudur.
Qapıçılar: Tomaş Vatslik (Çexiya), Eqmundur Kristinsson (İslandiya), Konstantinos Tsolakis
Müdafiəçilər: Usseynu Ba (Seneqal), Ruben Semedu (Portuqaliya), Kenni Lala (Fransa), Svetozar Markoviç (Serbiya), Avraam Papadopulos, Sokratis Papastatopulos, Oleq Ryabçuk (Moldova)
Yarımmüdafiəçilər: Tanasis Andrutsos, Andreas Buxalakis, Giorqos Masuras (hər üçü Yunanıstan ), Məhəmməd Kamara, Agibu Kamara (hər ikisi Qvineya), Pyer Kunde (Kamerun), Yan M Vila, Matyö Valbuena (hər ikisi Fransa)
Hücumçular: Nikola Çumiç, Lazar Ranceloviç (hər ikisi Serbiya), Yussef əl-Ərabi (Mərakeş), Ahmed Hasan Koka (Misir), Tikinyo (Braziliya), Marius Vrusai (Albaniya)
Qeyd edək ki, "Olimpiakos" və "Neftçi" arasında ilk oyun iyulun 21-də Yunanıstanda, cavab matçı isə 1 həftə sonra Azərbaycanda olacaq.