Gürcüstanın paytaxtı Tbilisidə təlim-məşq toplanışında olan “Sabah” daha bir yoxlama oyununda qüvvəsini sınayacaq.
Sportnet.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Bakı təmsilçisi yerli “Telavi” klubuyla üz-üzə gələcək. Yüksək liqa təmsilçisi ilə matç iyulun 26-da, saat 19:00-da “Zestafoni” təlim-məşq bazasının stadionunda baş tutacaq.
Qeyd edək ki, "Sabah" Tbilisi toplanışında daha öncə “Şukura” (1:0) və “Samqurali” (0:1) klublarıyla qarşılaşıb. “Ağ-göylər” iyulun 28-də Gürcüstanda sonuncu yoxlama oyununu keçirəcək. Rəqib yerli “Saburtalo” olacaq.