
"Neftçi" klubu bu gün Yunanıstan "Olimpiakos"u ilə keçirəcəyi UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab görüşündən öncə azarkeşlərinə müraciət edib.
Sportnet.az-ın məlumatına görə, fanatlardan "Bakcell Arena"da təşkil olunacaq qarşılaşmada dəstək istənilib.
Qeyd edək ki, qarşılaşma saat 21:00-da başlanacaq. İlk oyunda "Olimpiakos" qalib gəlib.