
"Keşlə" klubu Rusiyanın "Soçi" komandasına qarşı UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin cavab oyunu üçün satışa 1 300 bilet çıxarıb.
Bakı klubundan Sportnet.az-a verilən məlumata görə, qiymətlər sektorlar üzrə 2, 3 və 5 manat arasında dəyişir.
Artıq biletlərin böyük hissəsi satılıb. Oyun gününədək bütün biletlərin alınacağı gözlənilir.
Qeyd edək ki, iyulun 29-da "ASK Arena"da keçiriləcək "Keşlə" - "Soçi" matçı saat 20:00-da başlayacaq. İlk oyunda Rusiya klubu 3:0 hesablı qələbə qazanıb.