Azərbaycan I divizionda çıxış edəcək “Qəbələ-2” yeni mövsümün hazırlığına başlayır.
Sportnet.az klubun rəsmi saytına istinadən xəbər verir ki, “Qəbələ” İK-nin tərkibində yeni yaradılan komandaya bunadək U-19-un baş məşqçisi olan Famil Xəlilov rəhbərlik edəcək.
Əsasən akademiyanın yetirmələrindən təşkil olunan ikinci komanda hazırlığına Qəbələ şəhər stadionunda start verəcək. "Qəbələ-2" yeni mövsümə hazırlıq dövründə bir neçə yoxlama oyununda da qüvvəsini sınayacaq.
Qeyd edək ki, I Divizionda 2021/2022-ci illər mövsümü sentyabrın 13-də start götürəcək. İki dövrədən ibarət olacaq çempionatda 13 komanda mübarizə aparacaq.