İtaliya milli komandasının futbolçusu Corco Kyellini "Yuventus" klubu ilə müqaviləsini uzadıb.
Sportnet.az-ın Turin təmsilçisinin rəsmi saytına istinadən məlumatına görə, kapitan yeni sözləşməyə 37 yaşında imza atıb. Müdafiəçi ilə 2 illik anlaşma əldə olunub.
Qeyd edək ki, Corco Kyellini "Yuventus"da 2005-ci ildən forma geyinir. O, "ağ-qaralar"ın heyətində 600-dən çox oyuna çıxıb və 43 qol vurub. 9 dəfə İtaliya çempionluğu əldə etmiş Kyellini 5 dəfə ölkə kubokunu qazanıb və 2 dəfə Çempionlar Liqasının finalına yüksəlib. Təcrübəli müdafiəçi İtaliya yığmasının heyətində AVRO-2020-nin qalibi olub.