Çinin "Nantonq Jiun" klubunun hazırda "Keşlə"də çıxış edən kamerunlu futbolçu Anatol Abanq və onun sabiq komandası olan Moldova "Şerif"inə qarşı şikayətinə İdman Arbitraj Məhkəməsində (CAS) baxılacaq.
Sportnet.az qurumun rəsmi saytına istinadən xəbər verir ki, CAS mübahisəli məsələni bu il sentyabrın 30-da müzakirəyə çıxaracaq.
25 yaşlı forvard Tiraspol təmsilçisinə 2019-cu ildə məhz "Nantonq Jiun"dan keçib.
Qeyd edək ki, Anatol Abanq 2020-ci ilin dekabrından "Keşlə"də çıxış edir ("Report").