
“Zirə” yeni mövsümə “Qarabağ”la görüşlə start verəcək.
Sportnet.az xəbər verir ki, bu qəsəbə komandasının Azərbaycan Premyer Liqasında 7-ci startı olacaq. “Zirə” əvvəlki 6 mövsümün startında fərqli nəticələr göstərib. İlk oyunlardan ikisində qalib "qartallar" iki heç-heçə edib və iki dəfə də uduzub.
“Zirə” 6 startdan 4-də qol sevinci yaşayıbsa, ilk görüşlərdən yalnız 1-də qapısını toxunulmaz saxlayıb.