
Futbol üzrə Azərbaycan Premyer Liqasında II tura yekun vurulub.
Sporntet.az-ın məlumatına görə, turun son oyununda "Qarabağ" "Səbail"i qəbul edib. "Azersun Arena"dakı qarşılaşma Ağdam klubunun 3:0 hesablı qələbəsi ilə başa çatıb.
Görüşdə ilk qolu 30-cu dəqiqədə "köhlən atlar"ın hücumçusu Musa Qurbanlı vurub. İlk hissənin əsas vaxtına əlavə olunmuş 2-ci dəqiqədə dubl edən 19 yaşlı forvard komandasının üstünlüyünü artırıb - 2:0. Görüşdə son nöqtəni isə 75-ci dəqiqədə Filip Ozobiç qoyub.
81-ci dəqiqədə "Qarabağ"ın heyətində Riçard Almeyda zədələnərək, meydanı tərk edib. 3 əvəzetmənin hamısı istifadə olunduğundan ağdamlılar son dəqiqələri 10 nəfərlə keçirib.
Bu qələbədən sonra xallarının sayını 4-ə çatdıran "Qarabağ" 2-ci pilləyə yüksəlib. "Səbail" isə 3 xalla 5-ci sıraya geriləyib.
Qeyd edək ki, günün ilk oyununda "Neftçi" səfərdə "Zirə"ni 2:1 hesabı ilə məğlub edib. Ötən gün baş tutan matçlarda isə "Qəbələ" evdə "Keşlə"yə 2:1, "Sumqayıt" isə "Sabah"a 2:0 hesabı ilə qalib gəlib.
-------------------------------
Futbol üzrə Azərbaycan Premyer Liqasında II turun daha bir oyunu keçirilib.
Sportnet.az-ın məlumatına görə, günün ilk matçında çempionata heç-heçə ilə başlayan "Zirə" və "Neftçi" komandaları üz-üzə gəliblər. Zirə İdman Kompleksinin stadionunda baş tutan qarşılaşma qonaqların 2:1 hesablı qələbəsi ilə başa çatıb.
Görüşdə ilk qolu "ağ-qaralar"ın heyətində Fəhmin Muradbəyli vurub. 25 yaşlı yarımmüdafiəçi 72-ci dəqiqədə meydan sahiblərinin qapıçısı Mehdi Cənnətovun səhvindən yararlanaraq, komandasını önə keçirib. Görüşün əsas vaxtına əlavə olunmuş 2-ci dəqiqədə Emin Mahmudov fərqi artırıb - 2:0. İki dəqiqə sonra buraxılan qollardan birinin əvəzini çıxan "Zirə"nin hücumçusu Davit Volkov matçda yekun hesabı müəyyənləşdirib.
Bu qələbədən sonra xallarını 4-ə çatdıran "Neftçi" 3-cü pilləyə yüksəlib. "Zirə" isə 1 xalla 5-ci sırada qalıb.
Turun son oyununda "Qarabağ" "Səbail"i qəbul edəcək. "Azersun Arena"dakı görüş saat 20:30-da başlayacaq.
Qeyd edək ki, ilk oyun günündə "Qəbələ" evdə "Keşlə"ni 2:1, "Sumqayıt" isə "Sabah"ı 2:0 hesabı ilə məğlub edib.
-------------------------------------------
Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında II tura yekun vurulacaq.
Sportnet.az-ın məlumatına görə, günün ilk oyununda son çempion "Neftçi" "Zirə"nin qonağı olacaq. "Ağ-qaralar" I turda evdə "Qəbələ" ilə 2:2 hesablı heç-heçə edib, meydan sahibləri isə "Qarabağ"la bərabərə qalıb - 1:1.
Komandalar indiyədək çempionatda 22 dəfə üz-üzə gəlib. Bunların 5-də flaqman, 11-də isə meydan sahibləri 3 xal qazanıb. 6 görüşdə qalib müəyyənləşməyib. Topların fərqində isə "Zirə"nin minimal üstünlüyü var - 23:22.
Tura “Azersun Arena”da yekun vurulacaq. Vitse-çempion "Qarabağ" "Səbail"i qəbul edəcək. Paytaxt klubu ilk matçda gözlənilmədən "Sabah"a qalib gəlib - 1:0. Bu, tərəflərin Premyer Liqada 16-cı oyunudur. Texniki nəticə nəzərə alınmasa, "dənizçilər" rəqibinə qalib gəlməyib. "Qarabağ" 12 qələbə qazanıbsa, 2 görüş heç-heçə yekunlaşıb. Ağdam təmsilçisi uduzmadığı qarşılaşmaların hamısında qol sevinci yaşayıb. Topların fərqində də "köhlən atlar" aşkar üstünlüyə malikdir - 26:3.
Azərbaycan Premyer Liqası, II tur
22 avqust (bazar)
18:30. “Zirə” – “Neftçi” - 1:2
Qollar: Davit Volkov, 90+4 - Fəhmin Muradbəyli, 72, Emin Mahmudov, 90+2
Hakimlər: Kamal Umudlu, Müslüm Əliyev, Kamran Bayramov, Səbuhi Bayramov
Hakim-inspektor: Ömər Paşayev
AFFA nümayəndəsi: Mübariz Hüseynov
Zirə İdman Kompleksinin stadionu
20:30. “Qarabağ” –“Səbail” - 3:0
Qollar: Musa Qurbanlı, 30; 45+2, Filip Ozobiç, 75
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Cəmil Quliyev, Fərid Hacıyev
Hakim-inspektor: Gülağa Cabbarov
AFFA nümayəndəsi: Aslan Şahgəldiyev
“Azersun Arena”
Qeyd edək ki, turun digər oyunlarında "Qəbələ" evdə "Keşlə"ni 2:1, "Sumqayıt" isə "Sabah"ı 2:0 hesabı ilə üstələyib.