Türkiyənin "Beşiktaş" klubunun futbolçusu Fabris N Sakala "Qaziantep"lə Superliqanın II tur matçı zamanı huşunu itirib.
Sportnet.az-ın məlumatına görə, insident 71-ci dəqiqədə baş verib. Tibbi yardım gələnədək komandanın ehtiyat oyunçusu N Sakalaya tərəf qaçıb. Sonradan N Sakala xəstəxanalardan birinə çatdırılıb. Hazırda huşu yerində olsa da, ehtiyat tədbiri kimi o, xəstəxanada saxlanlır.
Qeyd edək ki, görüş qolsuz yekunlaşıb - 0:0.