FIFA bir sıra ölkəyə qadın futbolçularının Əfqanıstandan təcili evakuasiya olunmaları xahişi ilə məktub göndərib.
Sportnet.az-ın BBC-yə istinadən məlumatına görə, zərif cins nümayəndələri Əfqanıstanda rəhbərliyin dəyişməsindən sonra həyatlarına təhlükədən ehtiyatlanırlar. Ali futbol qurumu ölkədəki durumun qeyri-sabit və xeyli həyəcanlı olduğunu bəyan edib.
Daha əvvəl Əfqanıstan yığmasının keçmiş kapitanı Xalidə Popal ölkədə rəhbərliyin dəyişməsindən sonra qadınların üzləşdikləri dəhşətlərdən danışıb.
Qeyd edək ki, Taliban hərbi birləşməsi avqustun 15-də paytaxt Kabula girərək, Əfqanıstanda müharibənin bitdiyini və ölkənin azad olunduğunu bildirib. Onlar tezliklə islam əmirliyi yaradacaqlarını açıqlayıblar və ölkədən xarici qoşunların çıxmasını tələb ediblər.