
Fransanın PSJ klubunun zədəli futbolçusu Mauro İkardının durumuna aydınlıq gəlib.
Sportnet.az Paris təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, 28 yaşlı hücumçu 3-4 həftə yaşıl meydanlardan uzaq qalacaq.
Argentinalı hücumçu Liqa 1-in III turunda "Brest"i 4:2 hesabı ilə məğlub etdikləri matçda sıradan çıxıb.
Qeyd edək ki, Mauro İkardi cari mövsüm 4 oyuna 2 qol vurub.