UEFA Çempionlar Liqasında 2021/2022 mövsümünün qrup mərhələsinin püşkü atılıb.
Sportnet.az-ın məlumatına görə, Türkiyənin İstanbul şəhərində təşkil olunmuş tədbirdə səbətlərdən komandaları İngiltərənin "Çelsi" klubunun keçmiş futbolçuları Maykl Essyen və Branislav İvanoviç çıxarıb.
Püşk nəticəsində Türkiyənin yeganə təmsilçisi "Beşiktaş" Portuqaliyanın "Sportinq", Almaniyanın "Borussiya" (Dortmund) və Niderlandın "Ayaks" klublarına rəqib olub.
Beləliklə, qrupların tərkibi belə müəyyənləşib:
A qrupu: "Mançester Siti" (İngiltərə), PSJ (Fransa), "Leyptsiq" (Almaniya), "Brügge" (Belçika)
B qrupu: "Atletiko" (Madrid, İspaniya), "Liverpul" (İngiltərə), "Portu" (Portuqaliya), "Milan" (İtaliya)
C qrupu: "Sportinq" (Portuqaliya), "Borussiya" (Dortmund, Almaniya), "Ayaks" (Niderland), "Beşiktaş" (Türkiyə)
D qrupu: "İnter" (İtaliya), "Real Madrid" (İspaniya), "Şaxtyor" (Donetsk, Ukrayna), "Şerif" (Moldova)
E qrupu: "Bavariya" (Almaniya), "Barselona" (İspaniya), "Benfika" (Portuqaliya), "Dinamo" (Kiyev, Ukrayna)
F qrupu: "Vilyarreal" (İspaniya), "Mançester Yunayted" (İspaniya), "Atalanta" (İtaliya), "Yanq Boyz" (İsveçrə)
G qrupu: "Lill" (Fransa), "Sevilya" (İspaniya), "Zaltsburq" (Avstriya), "Volfsburq" (Almaniya)
H qrupu: "Çelsi" (İngiltərə), "Yuventus" (İtaliya), "Zenit" (Rusiya), "Malmö" (İsveç)
Qeyd edək ki, Çempionlar Liqasında ilk turun oyunları 14-15 sentyabrda gerçəkləşəcək.
------------------------------------
Bu gün UEFA Çempionlar Liqasında 2021/2022 mövsümünün qrup mərhələsinin püşkü atılacaq.
Sportnet.az-ın məlumatına görə, Türkiyənin İstanbul şəhərində təşkil olunacaq tədbir Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.
Komandalar püşkdən əvvəl səbətlərə bölünüb.
I səbət: "Çelsi", "Mançester Siti" (hər ikisi İngiltərə), "Atletiko" (Madrid), "Vilyarreal" (hər ikisi İspaniya), "Bavariya" (Almaniya), "İnter" (İtaliya), "Lill" (Fransa), "Sportinq" (Portuqaliya)
II səbət: "Real Madrid", "Barselona", "Sevilya" (hamısı İspaniya), "Yuventus" (İtaliya), "Mançester Yunayted", "Liverpul" (hər ikisi İngiltərə), PSJ (Fransa), "Borussiya" (Dortmund, Almaniya)
III səbət: "Portu", "Benfika" (hər ikisi Portuqaliya), "Ayaks" (Niderland), "Şaxtyor" (Donetsk, Ukrayna), Leyptsiq (Almaniya), "Zalsburq" (Avstriya), "Atalanta" (İtaliya), "Zenit" (Rusiya)
IV səbət: "Beşiktaş" (Türkiyə), "Dinamo" (Kiyev, Ukrayna), "Brügge" (Belçika), "Yanq Boyz" (İsveçrə), "Milan" (İtaliya), "Malmö" (İsveç), "Volfsburq" (Almaniya), "Şerif" (Moldova)
Qeyd edək ki, Çempionlar Liqasında ilk turun oyunları 14-15 sentyabrda gerçəkləşəcək.