Türkiyənin "Fənərbağça" komandası heyətini yeni futbolçu ilə gücləndirib.
Sportnet.az İstanbul təmsilçisinin rəsmi tvitter hesabına istinadən xəbər verir ki, klub fransalı yarımmüdafiəçi Migel Krespo ilə anlaşıb.
25 yaşlı oyunçu ilə 3+1 illik müqavilə imzalanıb.
Qeyd edək ki, Migel Krespo son olaraq Portuqaliyada "Eştoril"in formasını geyinib.