UEFA Gənclər Liqasının I mərhələsinin "Qəbələ" və AZ (Niderland) komandaları arasında keçiriləcək ilk oyunu üçün hakim təyinatları açıqlanıb.
Sportnet.az-ın məlumatına görə, ukraynalı baş hakim Viktor Kopliyevskiyə həmyerliləri Vitali Skoblya və Vladimir Korotin köməklik göstərəcək.
Dördüncü hakim funksiyasını isə azərbaycanlı Fərid Hacıyev yerinə yetirəcək.
Qeyd edək ki, sentyabrın 29-də Qəbələ şəhər stadionunda oynanılacaq qarşılaşma saat 17:00-da başlayacaq. Cavab görüşü oktyabrın 19-da “AZ Təlim-Məşq Mərkəzi”ndə baş tutacaq.
Bu cütün qalibi növbəti raundda “Csikszereda" (Rumıniya) - "Anje" (Fransa) duelinin güclüsü ilə görüşəcək.