
“Çox şadam ki, qələbə qazandıq".
Sportnet.az-ın məlumatına görə, bunu "Neftçi"nin futbolçusu Sezar Meza Kolli "Keşlə"ni 3:0 hesabı ilə yendikləri Azərbaycan Premyer Liqasının IV tur matçından sonra klubun rəsmi saytına açıqlamasında deyib.
Qollardan birinin müəllifi olan paraqvaylı yarımmüdafiəçi qələbədə pay sahibi olmasından məmnunluq ifadə edib. O bildirib ki, ilk hissənin sonunda əzələsindən narahatlıq hiss etdiyi üçün fasilədə əvəzlənməli olub.
Meza Kolli komandasının çıxışından razı qaldığını da diqqətə çatdırıb: "Ümumiyyətlə, bu gün yaxşı oynadıq. Növbəti matçlarda da yaxşı oyun göstərib qalib gəlməyə çalışacağıq”.