Hazırda Argentina milli komandasında məşqçi kimi çalışan İspaniya "Valensiya"sının sabiq futbolçusu Roberto Ayyala silahlı hücuma məruz qalıb.
Sportnet.az-ın "Mundo Deportivo"ya istinadən məlumatına görə, hadisə Buenos-Ayres əyalətində baş verib. Ayyala sükan arxasında hərəkətdə olduğu vaxt naməlum şəxslərdən biri nəqliyyat vasitəsinə daş atıb. Nəticədə keçmiş müdafiəçi əyləci basmalı olub.
Bundan sonra avtomobilə doğru qaçan 3 silahlı Ayyaladan 5 600 avro pul və mobil telefonunu alıb. Köməyə yaxınlıqdan keçən sürücü gələrək, polis çağırıb.
Qeyd edək ki, Roberto Ayyala 2000 - 2007-ci illərdə "Valensiya"da 200-dən çox oyun keçirib. O, həmçinin 114 dəfə Argentina millisinin formasını geyinib.