"İnstaqram vasitəsi ilə Azərbaycanın paytaxtı Bakıdakı "Səbail" klubundan inanılmaz təklif aldım".
Sportnet.az-ın məlumatına görə, bu fikirləri "Səbail"in sabiq futbolçusu Ayrton Stati "Regio-voetbal" nəşrinə açıqlamasında deyib.
27 yaşlı kyurasaolu müdafiəçi paytaxt təmsilçisində ona xüsusi diqqət ayrıldığını bildirib: "Əvvəlcə gedib oranı görmək üçün bilet göndərdilər. Mənimlə ulduz oyunçu kimi davranırdılar. Orada həyat yaxşı idi. Pulumu qəpiyinədək ödəyirdilər".
Stati maaş aldığı günlərdən birini də xatırlayıb: "Məşqdən sonra pulu nəğd aldım və sevgilimə verdim. O da şəxsi sürücümüzlə evə getdi. "Səbail"də hər şey mənim üçün yaxşı idi".
Qeyd edək ki, Ayrton Stati 2017/2018 mövsümündə "Səbail"in formasını geyinib. O, hazırda Niderlandda "Kozakken Boys"da çıxış edir.