“Qarabağ” baş məşqçisi Qurban Qurbanovun rəhbərliyi altında 150-ci dəfə heç-heçə edib.
Sportnet.az Peşəkar Furbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, bu, Premyer Liqanın V turuna təsadüf edib.
“Keşlə” ilə səfər matçı 1:1 hesabı ilə başa çatıb.
2008-ci ilin yayından Ağdam komandasına rəhbərlik edən 49 yaşlı mütəxəssis komandasını çıxardığı 572-ci oyunda 150-ci heç-heçə ilə üzləşib.
Bu sülhlərdən 101-i Premyer Liqa, 15-i Azərbaycan kuboku, 34-ü avrokuboklara təsadüf edib.