
UEFA Çempionlar Liqasının qrup mərhələsində II turun daha 6 oyunu keçirilib.
Sportnet.az-ın məlumatına görə, turun mərkəzi qarşılaşması A qrupunda baş tutub. PSJ Fransada turnirin son finalçısı olmuş İngiltərənin "Mançester Siti" klubunu qəbul edib. Görüş meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə başa çatıb. Qarşılaşmada son nöqtəni qoyan Lionel Messi Paris təmsilçisində ilk qolunu vurub. Bu qrupun digər matçında Almaniya "Leyptsiq"i evdə Belçikanın "Brügge" komandasına
Daha bir maraqlı görüş B qrupunda İtaliyanın "Milan" və İspaniyanın "Atletiko" (Madrid) komandaları arasında olub. Oyunda qalib müəyyənləşməyib - 1:1. İngiltərə "Liverpul"u isə Portuqaliyada "Portu"nun qapısından 5 top keçirib.
Gecənin sensasiyası D qrupunda qeydə alınıb. Tarixində ilk dəfə Çempionlar Liqasının qrup mərhələsində çıxış edən Moldova "Şerif"i İspaniyada "Real Madrid"ə 2:1 hesabı ilə qalib gəlib.
--------------------------------------------
UEFA Çempionlar Liqasının qrup mərhələsində II tura start verilib.
Sportnet.az-ın məlumatına görə, ilk oyun gününə nəzərdə tutulan 8 qarşılaşmadan 2-si artıq başa çatıb.
C qrupunda Türkiyənin turnirdəki yeganə təmsilçisi "Beşiktaş" Niderlandda "Ayaks"la üz-üzə gəlib. Görüş Amsterdam təmsilçisinin 2:0 hesablı qələbəsi ilə başa çatıb. Meydan sahiblərinin heyətində qolları 17-ci dəqiqədə Stiven Bergeys, 43-cü dəqiqədə isə Sebastyen Allye vurublar. 73-cü dəqiqədə qonaqların heyətində meydana çıxan Azərbaycanın U-19 millisinin üzvü Berkay Vardar qitənin bir nömrəli klub turnirində debüt edib. O, Umut Meraşı əvəzləyib. Bu qrupun digər görüşündə Almaniyanın "Borussiya" (Dortmund) və Portuqaliyanın "Sportinq" klubları üz-üzə gələcək.
D qrupunda isə Donetsk "Şaxtyor"u Ukraynada İtaliya "İnter"ini sınağa çəkib. Qarşılaşmada hesab açılmayıb. Bu qrupun digər oyununda ilk dəfə Çempionlar Liqasının qrup mərhələsində çıxış edən Moldova "Şerif"i İspaniyada "Real Madrid"in qonağı olacaq.
----------------------------------------------
Bu gün UEFA Çempionlar Liqasının qrup mərhələsində II tura start veriləcək. Sportnet.az-ın məlumatına görə, ilk oyun günündə 4 qrupda 8 qarşılaşma keçiriləcək.
Türkiyənin turnirdəki yeganə təmsilçisi "Beşiktaş" Niderlandda "Ayaks"ın qonağı olacaq. C qrupunun digər görüşündə Almaniyanın "Borussiya" (Dortmund) və Portuqaliyanın "Sportinq" klubları üz-üzə gələcək.
Günün mərkəzi qarşılaşması Fransada gerçəkləşəcək. PSJ İngiltərə çempionu "Mançester Siti"ni qəbul edəcək. A qrupunda "Leyptsiq" (Almaniya) - "Brügge" (Belçika) qarşılaşması da baş tutacaq.
Daha bir maraqlı görüş B qrupunda İtaliyanın "Milan" və İspaniyanın "Atletiko" (Madrid) komandaları arasında olacaq. İngiltərə "Liverpul"u isə Portuqaliyada "Portu"nun qonağı olacaq.
D qrupunda isə tarixində ilk dəfə Çempionlar Liqasının qrup mərhələsində çıxış edən Moldova "Şerif"i İspaniyada "Real Madrid"in qonağı olacaq. Bu komandaların hər ikisi ilk turdan qalib ayrılıb. Qrupun digər oyununda Donetsk "Şaxtyor"u Ukraynada İtaliya "İnter"ini sınağa çəkəcək.
Çempionlar Liqası
II tur
28 sentyabr
A qrupu
23:00. PSJ (Fransa) - "Mançester Siti" (İngiltərə) - 2:0
Qollar: İdrissa Geye, 8, Lionel Messi, 74
23:00. "Leyptsiq" (Almaniya) - "Brügge" (Belçika) - 1:2
Qollar: Kristofer Nkunku, 5 - Hans Vanaken, 22, Mats Rits, 41
Xal durumu: PSJ - 4, "Brügge" - 4, "Mançester Siti" - 3, "Leyptsiq" - 0.
B qrupu
23:00. "Milan" (İtaliya) - "Atletiko" (Madrid, İspaniya) - 1:2
Qollar: Rafael Leao, 20 - Antuan Qrizmann, 81, Luis Suares, 90+7 (penalti)
Qırmızı vərəqə: Frank Kessi, 31 ("Milan")
23:00. "Portu" (Portuqaliya) - "Liverpul" (İngiltərə) - 1:5
Qollar: Mehdi Taremi, 75 - Məhəmməd Salah, 18; 60, Sadio Mane, 45, Roberto Firmino, 77
Xal durumu: "Liverpul" - 6, "Atletiko" - 4, "Portu" - 1, "Milan" - 0.
C qrupu
20:45. "Ayaks" (Niderland) - "Beşiktaş" (Türkiyə) - 2:0
Qollar: Stiven Bergeys, 17, Sebastyen Allye, 43
23:00. "Borussiya" (Dortmund, Almaniya) - "Sportinq" (Portuqaliya) - 1:0
Qol: Doniyell Malen, 37
Xal durumu: "Ayaks" - 6, "Borussiya" - 6, "Beşiktaş" - 0, "Sportinq" - 0.
D qrupu
20:45. "Şaxtyor" (Donetsk, Ukrayna) - "İnter" (İtaliya) - 0:0
23:00. "Real Madrid" (İspaniya) - "Şerif" (Moldova) - 1:2
Qollar: Kərim Benzema, 64 (penalti) - Jasur Yaxşiboyev, 25, Sebastyen Till, 90
Xal durumu: "Şerif" - 6, "Real Madrid" - 3, "İnter" - 1, "Şaxtyor" - 1.