Futbol üzrə Azərbaycan I Divizionda III tura yekun vurulub.
Sportnet.az xəbər verir ki, turun son oyununda "Keşlə-2" "Qəbələ-2"ni qəbul edib.
Qarşılaşma 1:1 hesabı ilə yekunlaşıb. "Keşlə-2"nin qolunu 11-ci dəqiqədə əsas komandanın üzvü Anatole Abanq vurub.
4 oktyabr (bazar ertəsi)
“Keşlə-2” 1–1 “Qəbələ-2”
(Anatole Abanq, 11 // Süleyman Damadayev, 46)
28 sentyabr (çərşənbə axşamı)
“Kəpəz” 4–2 “Qarabağ-2”
(Vüsal Məsimov, 52; Tural Rzayev (p.), 68; Cavid İmamverdiyev, 90+3; Bəhruz Teymurov, 90+7 // Seyxan Fərəcov, 7; Sultan Mustafayev, 45+1)
“Neftçi-2” 0–4 “Qaradağ Lökbatan”
(Urfan İsmayılov, 30; Həbib İsmayılov, 38; Əlibala Ağayev, 52; Elnur Səmədov, 56)
29 sentyabr (çərşənbə)
“Turan Tovuz” 1–3 “Sabah-2”
(Sadiq Şəfiyev, 26 // Ceyhun Nuriyev, 70; 87; Fərid Kərimzadə, 77)
“Səbail-2” 2–0 “Zaqatala”
(Aydın Ağazadə, 12; Zeynəddin Əbdurahmanov, 47)
“Zirə-2” 4–0 MOİK
(Emin Mehtiyev (p.), 2; Rafael Qavami, 37; Elşən Veysov, 45+1; Ruslan Voronsov, 81)